idman

Son 3 ilin rekordçusudur

  • 21 Feb 2018
  • 269 baxış

"Bavariya"nın hücumçusu Sandro Vaqner Bundesliqanın 23-cü turunda "Volfsburq"un qapısına yol tapmaqla komandasının qələbəsində mühüm pay sahibi oldu.

XalqTV.com goal.az-a istinadən xəbər verir ki, 30 yaşlı forvard 2015/16 mövsümündən bəri başla vurulan qolların sayına görə ilk sırada qərarlaşıb. Vaqner 11 dəfə başla fərqlənib.

Qışda "Borussiya Dortmund"u "Arsenal"a dəyişən Pyer-Emerik Obameyanq 10 qolla ikincidir. Robert Levandovski, Salomon Kalu və Antoni Modest 8 dəfə başla qol vurub.

>

Modest hazırda Çinin "Tianjin Quanjan" klubunda çıxış edir. Sandro Vanqer yanvarda "Hoffenhaym"dan Münhen təmsilçisinə gəlib. 

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR