İqtisadiyyat
Azərbaycanda yeni turizm kompleksi tikiləcək
Azərbaycanın "RUN Construction and Investment" şirkəti bu il 3 iri layihə həyata keçirməyi planlaşdırır.
XalqTV.com Trend-ə istinadən bildirir ki, bunu şirkətin direktoru Ramin Kərimli deyib.
R.Kərimli qeyd edib ki, şirkət tərəfindən nişasta istehsalı fabrikinin, Göygöl rayonunda resort-hotelin və sanatoriyanın, Qusar rayonunda isə turizm kompleksinin tikintisi nəzərdə tutulur:
>"Bütün layihələr xarici investisiyalar hesabına reallaşdırılacaq. Xarici investorlar arasında Çin və İrandan şirkətlər də var".
XalqTV.com
RƏYLƏR