idman
\"Keşlə\"nin hücumçusu sağaldı
Topaz Premyer Liqasının 16-cı turunda "Kəpəz" üzərində qələbədən sonra istirahətə buraxılan "Keşlə" bu gün məşqləri bərpa edəcək.
XalqTV.com qol.az-a istinadən xəbər verir ki, komanda "İnter Arena"da 17-ci turun "Sumqayıt"la oyununun hazırlıqlarına start verəcək. Qarşılaşma öncəsi qəsəbə təmsilçisinin heyətində cəzalı futbolçu yoxdur. Xəstələndiyi üçün Gəncədəki oyunu buraxan Pərdis Fərcad-Azad artıq sağalıb. O, bu gün kollektivlə birgə məşqə çıxacaq. Zədədən yeni qayıdan Aqşin Quluzadə isə hələlik bərpa prosesi keçir.
>Qeyd edək ki, "Keşlə"nin məşqi saat 13:00-a nəzərdə tutulub.
XalqTV.com
RƏYLƏR