Siyasət
Ərdoğan Afrin planını açıqladı: \"Yaxın günlərdə...\"
Terrorçular üçün dayaq nöqtəsi hesab olunan Afrin şəhərinin mərkəzi yaxın günlərdə Türkiyə ordusu tərəfindən mühasirəyə alınacaq.
XalqTV.com Trend-ə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.
O qeyd edib ki, Afrinin mühasirəsindən sonra terrorçular Suriyanın digər regionlarından gələn dəstəkdən tam təcrid olunacaq.
R.T.Ərdoğan onu da əlavə edib ki, Türkiyə "Zeytun budağı" əməliyyatını başlamağa məcbur idi: "Türkiyə Suriyada terrorçuları tamamilə məhv edəcək".
XalqTV.com
ŞƏRH YAZ
RƏYLƏR