Klyuvertin oğlu \"Barselona\"ya keçir
"Barselona" "Ayaks"ın 4 futbolçusuna "elçi düşüb".
XalqTV.com apasport.az-a istinadən məlumatına görə, onlar arasında məşhur hollandiyalı Patrik Klyuvertin oğlu Castin Klyuvert də var.
Son olaraq "Qremio"dan Arturla anlaşan kataloniyalılar "Ayaks"ın 4 gənc üzvü - müdafiəçi Mattiys de Liqt, yarımmüdafiəçilər Donni van de Bek, Frenki de Yonq və hücumçu Klyuvertin oyununu canlı izləmək üçün nümayəndəsini Hollandiyaya göndərib. "Ayaks"ın "Zvolle" ilə (1:0) çempionat matçını canlı izləyən Xose Mari Bakero rəhbərliyə təqdim etdiyi raportda futbolçular barədə müsbət rəy yazıb. O, xüsusən də, sonuncunun böyük perspektiv vəd etdiyini vurğulayıb.
>Dərhal "Ayaks"la danışıqlara başlayan "Barselona" rəhbərliyi Castinin atası Patrik Klyuvertin artıq razılığını alıb. 18 yaşlı forvardın yayda ispanlara keçidi gözlənilir.
Qeyd edək ki, Patrik Klyuvert 1998-2004-cü illərdə "Barselona"nın formasını geyinib.
XalqTV.com