idman
\"Qarabağ\"ın futbolçusu \"Fənərbağça\"da - FOTO
Türkiyənin "Fənərbağça" klubu aşağı yaş qrupu üzrə komandaları gücləndirməyə davam edir.
XalqTV.com yenicag.az-a istinadən xəbər verir ki, İstanbul təmsilçisi bu məqsədlə heyətinə 9 yeni futbolçu cəlb edib.
Bunların arasında 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin üzvü Turan Vəlizadə də var.
>"Qarabağ"ın futbolçusu "Fənərbağça"nın U-17 komandasında çıxış edəcək. Vüqar Məmmədin başçılığı ilə U-19 millimizin son təlim-məşq toplanışında iştirak edən Turan daha əvvəllər də "bülbüllər"in formasını geyinib.
XalqTV.com
RƏYLƏR