idman

Pirlo futboldan gedəcəyi vaxtı açıqladı

  • 17 Feb 2018
  • 281 baxış

Bu yaxınlarda karyerasını bitirdiyini elan edən Andrea Pirlo vida oyunu keçirəcək.

XalqTV.com komanda.az-a istinadən xəbər verir ki, vida oyunu mayın 21-də "San-Siro"da baş tutacaq. Oyunda toplanan bütün vəsait xeyriyyə fondlarına veriləcək. Məsələ ilə bağlı açıqlama verən Pirlo gələcəkdə də futbol sahəsində çalışacağını deyib:

"Sevimli işimlə məşğul olmaq üçün yaxşı fürsətdi. Oyun mayın 21-də "San-Siro"da olacaq. Mən bütün ömrüm boyu futbol oynamışam. Ona görə də, hesab edirəm ki, gələcəkdə də bu sahədə çalışacam.

Ola bilsin ki, məşqçi işləyim. Ancaq bu barədə hələ qəti qərar verməmişəm. Fasilə götürməli və yaxşı-yaxşı fikirləşməliyəm.

>

Heç nəyə görə təəssüflənmirəm. Hesab edirəm ki, karyeramı bitirmək üçün ən uyğun zamandı. Mən xoşbəxtəm".

"Milan"ın, "Yuventus"un şərəfini qorumuş Pirlonun son klubu "Nyu-York Siti" olub.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR