Hadisə

Bakıda zəncirvari qəza: 2 nəfər öldü

  • 17 Feb 2018
  • 1558 baxış

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Xalqtv.com DİN-in saytına istinadən xəbər verir ki, fevralın 16-da saat 17.00 radələrində Nərimanov rayonunun H.Əliyev prospektində Bakı şəhər sakinləri Rəhim Manafovun idarə etdiyi "Opel", Eldəniz Məcidovun idarə etdiyi "Toyota", Samirə Əliyevanın idarə etdiyi "Volkswagen" və Namiq Kərimovun idarə etdiyi "Mercedes" markalı avtomobillər toqquşub.

Nəticədə R.Manafovun sərnişinlərindən Bakı şəhər sakinləri Rasim Manafov və Oleq Sinkov hadisə yerində ölüb, sürücü və digər sərnişin xəstəxanaya yerləşdirilib.

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR