Dünya
Meksikada 7,5 bal gücündə zəlzələ olub
Meksikanın cənub ştatı Oaxakada 7,5 maqnituda gücündə zəlzələ baş verib.
Xalqtv.com “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.
Məlumata əsasən, yeraltı təkanlar Pinotepa de Don Luis yaşayış məntəqəsindən 37 km şimal-şərqdə, 24,7 km dərinlikdə qeydə alınıb. Sunami təhlükəsi elan edilməyib.
Ştat rəhbərliyi ölüm halının qeydə alınmadığını, ancaq maddi zərərin dəyini bildirib.
Paytaxt Mexikoda minlərlə insan evlərinin tərk edərək küçələrə çıxıb.
***
MeksikaMilli Seysmoloji Xidməti 7,5 bal gücündə baş verən zəlzələdən sonra 122 afterşokun qeydə alındığını bildirib.
Bundan əlavə zəlzələ nəticəsində 1 milyondan çox ev işıqsız qalıb.
RƏYLƏR