idman

İniestaya təklif var

  • 16 Feb 2018
  • 1434 baxış

"Barselona"nın yarımmüdafiəçisi Andres İniesta Çinin "Tianjin Quanjan" klubunun maraq dairəsinə düşüb.

XalqTV.com goal.az-a istinadən xəbər verir ki,  təcrübəli futbolçuya illik 35 milyon avro məvacib təklif olunur. "Sport" nəşri İniestanın bu təklifi nəzərdən keçirəcəyini yazır. 33 yaşlı havbek oktyabrda "Barselona" ilə ömürlük müqavilə imzalamışdı. Anlaşmada onun buraxılış qiyməti də göstərilib.

>

"Tianjin Quanjan"ın baş məşqçisi 2006-cı ilin dünya çempionu Fabio Kannavarodur. Bu komandada Aksel Vitsel, Aleşandre Pato və Antoni Modest kimi futbolçular da oynayır.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR