idman

\"Neftçi\"nin yeni prezidenti bəlli oldu - YENİLƏNİB

  • 16 Feb 2018
  • 244 baxış

13:58

Xəbər verdiyimiz kimi, bu gün "Neftçi"nin prezidenti Orxan Hüseynzadə istefa verib.

XalqTV.com bildirir ki, yenicag.az-ın əldə etdiyi məlumata görə, bakılıların yeni rəhbəri artıq bəllidir. Bizdə olan bilgiyə görə, bu posta "Sumqayıt"ın prezidenti Kamran Quliyev gətirilir.

Qeyd edək ki, Kamran Quliyev artıq "kimyaçılar"ın prezidenti postundan istefa verib.

-----------
12:32

>

"Neftçi" Peşəkar Futbol Klubunun prezidenti Orxan Hüseynzadə şəxsi istəyi ilə tutduğu vəzifədən istefa verib.

XalqTV.com  apasport.az-a istinadən xəbər verir ki, o, bu gün istefa ərizəsi ilə klubun təsisçisinə müraciət edib. O.Hüseynzadənin istefası qəbul olunub.

"Neftçi" PFK Orxan Hüseynzadəyə gələcək fəaliyyətində uğurlar arzulayır.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR