Hadisə

Xırdalanda ölümlə nəticələnən silahlı insidentin iştirakçıları məhkəmə önündə

  • 16 Feb 2018
  • 1784 baxış

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl, quldurluq və digər cinayətlərdə təqsirləndirilən Xəyal Paşayev, Kənan Həsənov, Bilal Bayramov, Məhəmməd Əhmədov və Allahverdi Ruzpeykarın cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Xalqtv.com APA-ya istinadən xəbər verir ki, hakim Azər Paşayevin sədrlik etdiyi hazırlıq iclasında anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası fevralın 23-nə təyin edilib.

Qeyd edək ki, ötən il martın 31-də Xırdalan şəhərində atışma baş verib.

Təqsirləndirilən şəxslərlə digər bir neçə nəfər arasında baş verən silahlı insident nəticəsində bir nəfər ölüb, bir neçə nəfər yaralanıb.

Hadisənin borc pul üstündə baş verdiyi, təqsirləndirilən şəxslərin kriminal aləmə yaxın olduqları bildirilir.

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR