Şou Bİznes

Hülya Avşar: "Sibel Canı yolmaq istəyirdim"

  • 16 Feb 2018
  • 2213 baxış

Müğənni Hülya Avşar verilişinin yeni bölümündə həmkarları Sibel Can və İbrahim Tatlısəslə bağlı maraqlı etiraflar edib. 

XalqTV.com axşam.az-a istinadən bildirir ki, Hülya bunları deyib:

"İbrahim Tatlısəslə səhnəyə çıxacaqdıq. Davamız düşdü, məni komandasından çıxartdı. Yerimə Sibel Canı gətirdi. Böyük xəyal qırıqlığı yaşamışdım. Çox ağladım. Sibel Canı yolmaq istəyirdim. Sonra Muazzez Abacı məni heyətinə aldı".

>

Xatırladaq ki, illər əvvəl kazinolardan birində çıxış edən Tatlısəs Avşarla davasından sonra məkanın sahibinə "Ya Sibel Canla səhnəyə çıxacam, ya da bir daha burada oxumayacağam" deyə şərt bildirmişdi. Bu isə üçlüyün arasında gərginliyə səbəb olmuşdu.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR