idman
""Atletiko" üçün qeyri-mümkün heç nə yoxdur"
"Atletiko"nun baş məşqçisi Diyeqo Simeone mayın 10-da Çempionlar Liqasının yarımfinalında "Real"la keçiriləcək oyun barədə fikir bildirib. XalqTV.com goal.az-a istinadən xəbər verir ki, argentinalı mütəxəsis ilk oyunda 0:3 hesablı məğlubiyyətə baxmayaraq iddialı danışıb.
"Çempionlar Liqasının yarımfinalında çox ağır oyun bizi gözləyir. Digər klublardan fərqli olaraq, "Atletiko" üçün qeyri-mümkün heç nə yoxdur. İki fərqli oyun olur. Biz onlardan birincisində uduzduq. Amma cavab görüşünə tamhazır olmalıyıq. Böyük oyuna şahidlik edəcəyik".
XalqTV.com
RƏYLƏR