Koutinyo Portuqaliya vətəndaşı olacaq
"Barselona"nın yeni transferi Filippe Koutinyo Portuqaliya vətəndaşlığı almağa hazırlaşır.
XalqTV.com goal.az-a istinadən xəbər verir ki, Braziliyalı yarımmüdafiəçinin həyat yoldaşı Portuqaliya vətəndaşıdır. Cütlük artıq 3 ildir evlidir. Portuqaliya qanunlarına görə, Koutinyo atıq bu ölkənin vətəndaşlığına yiyələnə bilər. Futbolçu Portuqaliya vətəndaşlığını alsa, "Barselona"da Avropa Birliyi ölkəsi vətəndaşı olmayan futbolçular üçün ayrılmış bir yer boşalacaq.
>La Liqanın əsasnaməsinə görə, bu liqada çıxış edən klubların hər birində ən çoxu 3 Avropa Birliyi ölkəsi vətəndaşı olmayan futbolçu çıxış edə bilər. "Barselona"da isə artıq 3 belə futbolçu (Koutinyo, Paulinyo və Yerro Mina) var idi. Koutinyonun Portuqaliya vətəndaşlığı alması ilə "Barselona" daha bir Avropa Birliyi ölkəsi vətəndaşı olmayan futbolçu transfer etmək hüququ əldə edəcək.
XalqTV.com