Dünya

Rusiyada \"YouTube\" çökdü

  • 15 Feb 2018
  • 345 baxış

Rusiyada "YouTube" videoportalının fəaliyyətində qüsurlar yarandığı barədə məlumatlar yayılıb.

XalqTV.com Trend-ə istinadən xəbər verir ki, sosial şəbəkələrdə bir çox rusiyalı istifadəçi portalda videoların işə düşmədiyini bildirib.

Bu qüsurların fevralın 14-ü səhər saatlarından başladığı məlum olub. Bununla belə, bu gün də "YouTube" videoları Rusiya ərazisində açılmır.

>

Bunun səbəbinin Rusiya Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi İnformasiya Vasitələrinə Nəzarət Federal Xidmətinin müdaxiləsi ola biləcəyi ehtimal edilir.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR