idman
Xavi "Real"ın futbolçusunu təriflədi
"Kroos "Real"da motor funksiyasını yerinə yetirir". XalqTV.com apasport.az-a istinadən xəbər verir ki, bu sözləri İspaniya yığmasının və "Barselona"nın sabiq futbolçusu Xavi Ernandes deyib.
Hazırda Qətərin "Əl-Sədd" klubunda çıxış edən 37 yaşlı yarımmüdafiəçi ölkəsinin mətbuatına maraqlı açıqlama verib. O, "Barsa"nın əzəli rəqibi olan "Real"ın futbolçusu Toni Kroos barədə müsbət fikirlər səsləndirib.
Xavi davamçısı qismində məhz Kroosu gördüyünü bildirib: "Toni oyun tərzinə görə mənə özümü xatırladır. O, bu mövqedə, demək olar ki, davamçımdı".
Qeyd edək ki, Toni Kroos İspaniya çempionatının son mövsümündə 29 oyunda iştirak edib və aktivinə 3 qol, 12 assist yazdırıb.
XalqTV.com
RƏYLƏR