Hadisə

13 yaşlı qızın üstünə qaynar su töküldü

  • 15 Feb 2018
  • 6298 baxış

Tovuzda 13 yaşlı qız evlərində qaynar suda yanıb.

Xalqtv.com Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Vahidli kəndində baş verib. Kənd sakini, 2005-ci il təvəllüdlü Abdullayeva Taclıbəyim Elbrus qızı yaşadığı evdə ehtiyatsızlıq edib və nəticədə qaynar su qazanı üstünə aşıb.

Yaralı Tovuz rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hazırda xəstənin vəziyyəti kafi qiymətləndirilir.

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR