idman
Mourinyo: ""Liverpul" kiçik klubdur"
"Mançester Yunayted"in baş məşqçisi Joze Mourinyo Premyer Liqadakı əzəli rəqibi olan "Liverpul" haqda açıqlama verib.
XalqTV.com goal.az-a istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis açıqlamasında "qırmızılar"ı kiçik klub adlandırıb. Mourinyo mersisaydlıların sabiq baş məşqçisi Rafa Benites barədə isə xoş sözlər səsləndirib:
"Rafa Benites şübhəsiz ki, əla çalışdırıcıdır. O, Çempionlar Liqasını mənim kimi kiçik klubda qazanmağı bacardı. Mən "Porto" ilə, Benites isə "Liverpul"la qalib olmuşdu".
Qeyd edək ki, 5 dəfə ÇL-in qalibi olan "Liverpul" bu baxımdan İngiltərədə bu titula ən çox sahib olan klubdur. Benites 2005-ci ildə "Liverpul"a Çempionlar Liqası turnirinin kubokunu qazandırmışdı.
>XalqTV.com
Digər maraqlı xəbərlər səhifəsində
RƏYLƏR