idman

\"Heç-heçə bizim üçün yaxşı nəticədir\"

  • 14 Feb 2018
  • 260 baxış

"Matç ərzində oyuna daha çox biz nəzarət etdik. İquainin ilk qolu ofsayd idi. 0:2 hesabı ilə geri düşdükdən sonra komandam yaxşı oyun nümayiş etdirdi".

XalqTV.com qol.az-a istinadən xəbər verir ki, bu sözləri "Tottenhem"in baş məşqçisi Maurisio Pokettino Çempionlar Liqasının 1/8 finalında "Yuventus"la ilk oyundan (2:2) sonra deyib.

"Futbolda bir az da şansa ehtiyac var. "Yuventus" 2:0 hesabı ilə  irəlidə olmağa layiq deyildi. İkinci hissədə yaxşı oynadıq. Heç-heçə bizim üçün yaxşı nəticədir" - deyə o bildirib.

M.Pokettinə 1/4 finala yüksələcək komandanın adının hələ müəyyənləşmədiyini bildirib: "Yuventus" güclü heyətə sahibdir. İkinci matç çox çətin olacaq".

>

XalqTV.com

Digər maraqlı xəbərlər  səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR