idman
Ronaldo 2012-ci ildə PSJ-yə keçmək istəyib
"Real" yayda Neymarı transfer etməyə çalışdığı yerdə Ronaldonu itirə bilər.
XalqTV.com goal.az-a istinadən xəbər verir ki, "France Football" nəşri portuqaliyalı ulduzun hələ 2012-ci ildə PSJ klubuna keçmək istədiyini yazır. Ronaldo həmin vaxt "Real"ın prezidenti Florentino Perezdən narazı qaldığına görə klubunu dəyişmək fikrinə düşübmüş.
"PSJ`də məni, həqiqətən çox sevəcəklər. Fransızlar onların çempionatında oynadığıma görə şad olacaq. KİV-lər "Qızıl top" mübarizəsində mənə kömək edəcək" - 33 yaşlı hücumçu dostlarından birinə yazıb.
>XalqTV.com
Digər maraqlı xəbərlər səhifəsində
RƏYLƏR