Yeni lider - "Qalatasaray"
Türkiyə Superliqasında XXI tura yekun vurulub. XalqTV.com apasport.az-a istinadən xəbər verir ki, ilk gündə turnir cədvəlinin orta sıralarında qonşu olan "Yeni Malatyaspor"la "Kasımpaşa" heç-heçə oynayıb.
Son çempion "Beşiktaş" "zirzəmi"də qərarlaşan "Karabükspor"u darmadağın edib. "Qara qartal" rəqibinə 5 cavabsız qolla qalib gəlib.
Turun mərkəzi qarşılaşmasında çempionluğu hədəfləyən iki komanda - "Başakşəhər"lə "Fənərbaxça" üz-üzə gəlib. İstanbul klublarının duelində "sarı bülbüllər" 2:0 hesablı qələbə ilə liderlik mövqeyində qərarlaşmış rəqibini büdrədib.
Bundan məharətlə yararlanan "Qalatasaray" "Antalyaspor"u böyük hesabla məğlub edərək, liderliyə yüksəlib.
Türkiyə. Superliqa
XXI tur
9 fevral
"Yeni Malatyaspor" - "Kasımpaşa" - 1:1
Qollar: Mina, 4 - Trezege, 7
10 fevral
"Göztəpə" - "Osmanlıspor" - 3:3
Qollar: Ba, 23; Quffran, 35; Kastro, 84 - Hurmacı, 43; Çikalleşi, 59, 90+5
"Gənclərbirliyi" - "Trabzonspor" - 0:0
"Beşiktaş" - "Karabükspor" - 5:0
Qollar: Pepe, 14; Talişka 27, 83; Lav, 59, 90+2
11 fevral
"Akhisar" - "Bursaspor" - 1:0
Qol: Mustafa Yumlu, 24
"Kayserispor" - "Sivasspor" - 1:1
Qollar: Umut Bulut, 66 -Robinyo, 53
"Alanyaspor" - "Konyaspor" - 1:2
Qollar: Duqlas, 25 - Eto, 21 (pen.), Şahiner, 40
"Başakşəhər" - "Fənərbaxça" - 0:2
Qollar: Fernandao, 32, 56
12 fevral
"Qalatasaray" - "Antalyaspor" - 3:0
Qollar: Qomis, 14, 20, Fequli, 38
Turnir cədvəli
1. | Qalatasaray | 21 | 14 | 2 | 5 | 46:25 | 44 |
2. | Başakşəhər | 21 | 13 | 4 | 4 | 40:21 | 43 |
3. | Fənərbaxça | 21 | 11 | 8 | 2 | 41:24 | 41 |
4. | Beşiktaş | 21 | 11 | 7 | 3 | 40:20 | 40 |
5. | Kayserispor | 21 | 9 | 8 | 4 | 29:23 | 35 |
6. | Trabzonspor | 21 | 8 | 9 | 4 | 36:31 | 33 |
7. | Göztəpə | 21 | 9 | 6 | 6 | 35:32 | 33 |
8. | Sivasspor | 21 > | 9 | 4 | 8 | 27:31 | 31 |
9. | Yeni Malatyaspor | 21 | 7 | 6 | 8 | 24:28 | 27 |
10. | Bursaspor | 21 | 7 | 5 | 9 | 31:28 | 26 |
11. | Kasımpaşa | 21 | 7 | 5 | 9 | 32:36 | 26 |
12. | Akhisar | 21 | 6 | 6 | 9 | 25:34 | 24 |
13. | Gənclərbirliyi | 21 | 5 | 7 | 9 | 26:35 | 22 |
14. | Alanyaspor | 21 | 6 | 3 | 12 | 34:40 | 21 |
15. | Antalyaspor | 21 | 5 | 6 | 10 | 24:38 | 21 |
16. | Konyaspor | 21 | 5 | 5 | 11 | 22:29 | 20 |
17. | Osmanlıspor | 21 | 5 | 4 | 12 | 29:40 | 19 |
18. | Karabükspor | 21 | 3 | 3 | 15 | 15:41 | 12 |
XalqTV.com