Şou Bİznes

Oya Ergünün ad günündə baş verənlər - FOTOLAR

  • 12 Feb 2018
  • 1202 baxış

Azərbaycanda fəaliyyət göstərən Türkiyənin dəyərli opera və vokal ifaçısı Oya Ergün ad gününü qeyd edib.

XalqTV.com media24.az-a istinadən xəbər verir ki, Oya Ergün ad günündə  qonaqlarına sürpriz  konsert proqramı təqdim edib.  Opera ifaçısı  anşlaqla keçən konsertində  Azərbaycan bəstəkar mahnılarını və klassik əsərləri ifa edərək qonaqlarına xoş anlar yaşadıb:  "Bu gün konsertim ad günümə təsadüf etdi. Bu məni çox sevindirir. Ad günümə gələn bütün dostlarıma təşəkkür edirəm.  Hər bir insanın arzusu var. Mənim isə  arzum bütün dünyada sülhün olması və  insanların sağlıqlı, xoşbəxt yaşamasıdır".

Qeyd edək ki, Oya Ergünün ad günündə bir çox dostları iştirak ediblər.

Xatırladaq ki, Oya Ergünü pianinoda Nərgiz Əliyeva müşayiət edib.

>

XalqTV.com

Digər maraqlı xəbərlər  səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR