idman

Jezniçak və Hüseynova \"qırmızı işıq\"

  • 12 Feb 2018
  • 1686 baxış

Azərbaycan Premyer Liqasının XV turu iki futbolçunun cəzalı duruma düşməsi ilə nəticələnib.

XalqTV.com apasport.az-a istinadən xəbər verir ki, Yakub Jezniçak ("Qarabağ") və Vurğun Hüseynov ("Sumqayıt") növbəti turu buraxacaq.

Buna hər iki oyunçunun mövsümdə 4-cü sarı vərəqəni alması səbəb olub. "Qarabağ"ın polşalı müdafiəçisi "Qəbələ" ilə ev görüşündə xəbərdarlıq alıb. 4-cü dəfə cəzalanması onun XVI turun "Səbail"lə matçına "istirahət" qazanması ilə nəticələnib.

"Sumqayıt"ın kapitanı isə "Zirə" ilə qarşılaşmada 4-ə çatıb. Müdafiəçi "Neftçi" ilə növbəti turun vacib qarşılaşmasını buraxmalı olacaq.

Qeyd edək ki, XVI turun oyunları fevralın 17-18-də keçiriləcək.

XalqTV.com

Digər maraqlı xəbərlər  səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR