Dünya

İran yeni ballistik raket nümayiş etdirib

  • 11 Feb 2018
  • 1703 baxış

Bu gün İran yeni "Qədr" ballistik raketini nümayiş etdirib.

XalqTV.com  APA-ya istinadən xəbər verir ki, 2 min km uçuş məsafəsi olan raket bu gün Tehranda İslam İnqilabının 39-cu ildönümü ilə bağlı keçirilən təntənəli mərasimdə nümayiş etdirilib.

Raket hərəkətdə olan buraxılış qurğusundan və buraxılış şaxtasından atıla bilər. "Qədr" ballistik raketi radardan gizlənməyə imkan verən sistemlə təchiz olunub.

>

Mərasimdə "Fajr 5" yaxın mənzilli raketi və tank əleyhinə idarə olunan "Toufan 2-M" raketi də nümayiş olunub. Eyni zamanda son sınaq mərhələsində olan "Fateh" sualtı qayığı da nümayiş etdirilib. 

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR