idman
Noyer Almaniyadan kənarda reabilitasiya keçəcək
"Bayern Munich"in qapıçısı Manuel Noyer zədəsini Almaniyadan kənarda sağaldacaq.
XalqTV.com goal.az-a istinadən xəbər verir ki, fevralın 18-ə qədər klub bazasında görünməyəcək qolkiper xüsusi proqramla bərpa prosesi keçəcək. 31 yaşlı Noyerin durumunda xeyli irəliləyiş olduğu qeyd olunur.
Almaniyalı əlcək ustası 2017-ci ildə Çempionlar Liqasının 1/4 final mərhələsində "Real"a qarşı oyunda zədələnmişdi. Sentyabrda isə qapıçı zədəsini təzələmişdi.XalqTV.com
RƏYLƏR