idman
Tərsliyindən əl çəkdi
"Lester"in əlcəzairli futbolçusu Riyad Mahrez komandanın oyunlarını və məşqləri boykot etməyi dayandırıb.
XalqTV.com goal.az-a istinadən xəbər verir ki, yarımmüdafiəçi klub rəhbərliyinin onun "Mançester Siti"yə keçidinə icazə verməməsinə etiraz olaraq komandanın məşqlərini qatılmırdı.
Əlcəzairli futbolçu dünəndən etibarən hazırlıqlarda iştirak etməyə başlayıb.
>Qeyd edək ki, bu gün Mahrezin boykota görə klub tərəfindən 273 min avro məbləğində cərimələndiyi, futbolçu boykotu dayandırmasa, cərimənin məbləğinin daha da artırılacağı barədə məlumat yayılmışdı.
XalqTV.com
RƏYLƏR