İqtisadiyyat

Azərbaycanda daha bir biznes-forum keçiriləcək

  • 24 May 2017
  • 336 baxış

Azərbaycan və İordaniya iqtisadi və ticarət əlaqələrini daha da möhkəmləndirməyi planlaşdırır.

XalqTV.com bildirir ki, bunu  Trend-ə İordaniyanın Bakıdakı səfiri Nassar İbrahim Məhəmməd əl-Həbaşne deyib.

Onun sözlərinə görə, Azərbaycan-İordaniya hökumətlərarası komissiyasının iclası çərçivəsində hər iki ölkədən olan sahibkar və investorların iştirakı ilə biznes-forumun keçirilməsi nəzərdə tutulub.

Səfir qeyd edib ki, iclas zamanı tərəflər birgə müəssisələrin yaradılması imkanlarını, eləcə də dövlət müəssisələri arasında qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi yollarını müzakirə edəcəklər.

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR