idman

\"Beşiktaş\"ın növbəti transfer hədəfi

  • 11 Feb 2018
  • 348 baxış

Türkiyəni Çempionlar Liqasında təmsil edən "Beşiktaş"ın yeni transfer hədəfi bəlli olub.

XalqTV.com goal.az-a istinadən xəbər verir ki, "qara qartallar" Birləşmiş Ərəb Əmirliklərinin "Əl-Əin" klubunun yarımmüdafiəçisi Omar Abdulrahmanı transfer etmək istəyir. "Ərəb Messi" ləqəbli futbolçunun klubu ilə müqaviləsi fevralın 28-də başa çatacaq. Türkiyə mətbuatının məlumatına görə, İstanbul klubu 26 yaşlı futbolçuya illik 3 milyon avroluq maaşı olan müqavilə təklif edib.

>

Qeyd edək ki, Abdulrahman "Əl-Əin"in yetirməsidir. Hücumameyilli futbolçu 2011-ci ildən ölkəsinin əsas yığmasında çıxış edir. 

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR