\"Olimpin ilahələri\" - FOTOSESSİYA
Pxençxanda keçirilən XXIII Qış Olimpiya Oyunlarının ən gözəl idmançılarının adları açıqlanıb.
XalqTV.com apasport.az-a istinadən xəbər verir ki, rusiyalı həmkarlarımız "Olimpin ilahələri" kimi qələmə verdiyi siyahıya 12 atlet daxil edib.
"İlahələr" arasında snoubordçular və fiqurlu konkisürənlər üstünlük təşkil edir. Bu idman növlərinin hərəsinin 3 idmançısı gözəlliyi ilə diqqət çəkib. Digər 6 idman növü isə 1 idmançısı ilə fərqlənib. Bunlar hokkey, skeleton, fristayl, kerlinq, biatlon və xizəklə tramplindən tullanmadı.
12 ən gözəl arasında rusiyalılar say üstünlüyü qazanıb. Şimal qonşularımız siyahıda 6 idmançı ilə təmsil olunub. Digər 91 ölkədən isə yalnız 6-sı heyətindəki gözəllə öyünə bilər. Bu ölkələr Almaniya, Böyük Britaniya, Norveç, İtaliya, ABŞ və Avstraliyadı.
>"Olimpin ilahələri"
1. Alevtina Ştareva (Rusiya) - hokkey
2. Anna Fernştadt (Almaniya) - skeleton
3. Alyona Zavarzina (Rusiya) - snoubord
4. Rouen Çeşir (Böyük Britaniya) - fristayl
5. Sofiya Fyodorova (Rusiya) - snoubord
6. Silye Norendal (Norveç) - snoubord
7. Anastasiya Brızqalova (Rusiya) - kerlinq
8. Doroteya Virer (İtaliya) - biatlon
9. Natalya Zabiyako (Rusiya) - fiqurlu konkisürmə
10. Medison Çok (ABŞ) - fiqurlu konkisürmə
11. Sofya Tixinova (Rusiya) - xizəklə tramplindən tullanma
12. Keylani Kreyn (Avstraliya) - fiqurlu konkisürmə
XalqTV.com
Digər maraqlı xəbərlər səhifəsində