idman
\"Beşiktaş\" ukraynalı qapıçı ilə yollarını ayırdı
"Beşiktaş" daha bir futbolçu ilə yollarını ayırıb.
XalqTV.com qol.az-a istinadən xəbər verir ki, İstanbul klubu Denis Boyko ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib. Ukraynalı qapıçı artıq özünə yeni komanda tapıb. 30 yaşlı qolkiper azad agent kimi yetirməsi olduğu Kiyev "Dinamo"suna qayıdıb.
Onunla mövsümün sonuna kimi müqavilə imzalanıb. Əgər Boyko özünü yaxşı tərəfdən göstərsə, yayda müqavilə müddəti artırıla bilər.
Qeyd edək ki, təcrübəli qolkiper ötən mövsümü icarə əsasında İspaniyanın "Malaqa" klubunda keçirib.
>XalqTV.com
Digər maraqlı xəbərlər səhifəsində
RƏYLƏR