İqtisadiyyat

Valyuta alqı-satqısı qaydaları dəyişdi

  • 10 Feb 2018
  • 339 baxış

Nazirlər Kabineti "Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları"nda dəyişiklik edib.

XalqTV.com  "Report"a istinadən bildirir ki, bu barədə qərarı Baş nazir Artur Rasi-zadə imzalayıb.

Qərara görə, "Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları"nın 5.5-ci bəndindən "Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi qaydada və" sözləri çıxarılıb.

İndi xarici valyutanın və qiymətli kağızların (səhmlər, istiqrazlar, dövlət özəlləşdirmə çekləri və s.) alqı-satqısı müvafiq qanunlarla tənzimlənəcək.

>

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

/>

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR