İki eşşəyin arpasını bölə bilməyən müxalifət…
İki eşşəyin arpasını bölə bilməyən, oriyentasiyaları belə məlum olmayan, özlərini müxalifət adlandıraraq, guya bloqqerlərdir, arvad adları ilə özlərinə profilllər açıb 100-dən artıq "layk" belə yığa bilməyən, biri-birini qıran bir sürü gədə-güdə yaman əl-ayağa düşüb.
Ac toyuq yuxusunda darı görən kimi, fikirləri xaricdəki dayılarından qrant gözləyənlər özləri nəsə yazırlar, özləri oxuyurlar. Artıq pişiyin əli ətə çatmayanda iy verən kimi - bunlar da itirəcəkləri çox şeydən qorxaraq dayıları qarşısında verəcəkləri yalan və saxta hesabatlardan qorxurlar.
Ay axmaq adam, sən dövlətlə dövlətçilikmi etmək istəyirsən, yoxsa istəyin nədir? Bu meydan, bu şeytan. Fikir yürütmək əvəzinə, təklif vermək yerinə saxta qarayaxmalar, yalançı vədlər, yersiz məsləhət vermələr daha keçmir, iş görmək lazımdır. Üç-dörd ildən bir qızışıb ortaya düşməklə elə bil qış yuxusundan ayılırlar, ac-yalavaclar kimi yem axtarırlar.
Ayıbdır, Əli Kərimli, Cəmil Həsənli və digərləri, bu cavanlara yazığızınız gəlsin, qızışdırıb ortaya salıb, beyinlərini yeyib, türmələrə, zindanlara soxdurub sonra onların adından istifadə eləməyin. Sözünüz var sözünüzü deyin, yoxsa qatıqlamayın. Seçkilərə getmək istəmirsiniz, cəhənnəmə gedin, səbəbini heç olmasa deyin, deyə bilmirsiniz axı, sözünüz yoxdur, çünki siz artıq özünüz tükənmisiniz...
Saflig.com