idman

Koutinyo \"Barselona\"da ilk qolunu vurub - VİDEO

  • 09 Feb 2018
  • 279 baxış

"Barselona"nın yeni transferi Filip Koutinyo katalonların heyətinə ilk qolunu vurub.

XalqTV.com xəbər verir ki, sambaçı İspaniya kuboku çərçivəsində keçirilən "Valensiya" matçında fərqlənməyi bacarıb.

Matçın 49-cu dəqiqəsində sol çinahdan keçid edərək 2 müdafiəçini aldadan Luis Suares cərimə meydançasına ötürmə edib. Koutinyo isə lazım olan vaxtda lazım olan yerdə olub.

Qeyd edək ki, 2:0 hesabı ilə qalib gələn "Barselona" finala çıxaraq "Sevilya"nın rəqibi olub. Oyunda ikinci qolu İvan Rakitiç öz adına yazdırıb. Komandalar arasındaki ümumi hesab 3:0 olub.

İspaniya Kuboku

"Valensiya" - "Barselona" - 0:2 (İlk oyun: 0:1)
Qollar: 50. Filip Koutinyo, 82. İvan Rakitic

>

Koutinyonun fərqləndiyi anın görüntülərini təqdim edirik:

Kamil Abbas
XalqTV.com

Videonu izləmək üçün şəklə klikləyin:

/> vspace="5" />

Digər maraqlı xəbərlər  səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR