İqtisadiyyat

Azərbaycan nefti yenə ucuzlaşıb

  • 09 Feb 2018
  • 348 baxış

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti fevralın 7-də 68,18 dollar/barel təşkil edib ki, bu da çərşənbə axşamına olan göstəricidən 0,94 dollar/barel azdır.

XalqTV.com  Trend-ə istinadən bildirir ki, FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti fevralın 7-də 67,53 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,93 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti fevralın 7-də 63,05 dollar/barel təşkil edib ki, bu da Trend-ə görə, əvvəlki qiymətdən 1,45 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə fevralın 7-də 65,66 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 1,08 dollar/barel azdır.

>

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

XalqTV.com-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR