idman
Ronaldo: \"O, dünyanın ən yaxşısı olacaq\"
PSJ-nin futbolçusu Neymarın "Real"a keçəcəyi ilə bağlı müzakirələr səngimir.
XalqTV.com komanda.az-a istinadən xəbər verir ki, Braziliya futbolunun əfsanəsi, "Real"ın sabiq futbolçusu Ronaldo da bu məsələyə münasibət bildirib. O, keçid barədə hər hansı bilgiyə sahib olmadığını deyib. Ancaq Ronaldo Neymarın "Real"da oynamasını istədiyinə işarə edib:
"Bu barədə heç nə deyə bilmərəm. "Real" rəhbərliyindən məsələ ilə bağlı heç nə eşitməmişəm. Biz yalnız hazırda olanlarla bağlı fikir bildirə bilərik.
>Ola bilsin ki, Neymar yaxın vaxtlarda dünyanın ən yaxşı futbolçusu olacaq. "Real"ın isə ən yaxşılara həmişə ehtiyacı var".
XalqTV.com
Digər maraqlı xəbərlər səhifəsində
RƏYLƏR