idman

\"Zirə\" 3 futbolçunun razılığını aldı

  • 08 Feb 2018
  • 259 baxış

"Zirə" qış "transfer pəncərəsi"nin son günündə daha bir futbolçunu heyətinə qatacaq.

XalqTV.com apasport.az-a istinadən xəbər verir ki, paytaxt təmsilçisinin növbəti transferi də əcnəbi futbolçu olacaq.

Son olaraq Jomal Evans Uilyamsla anlaşan bakılılar bu gün "Bohemians"ın sol cinah müdafiəçisi Yani Urdinovla da münasibətləri rəsmiləşdirəcək. Makedoniya millisinin üzvü tibbi baxışdan uğurla keçsə, yeni komandası ilə 6 aylıq sözləşmə imzalayacaq.

Sabah və ya birigün isə "Zirə"yə daha bir əcnəbi oyunçunun qoşulması gözlənilir. Paytaxt təmsilçisi maraq dairəsində olan 3 futbolçudan ən azı birini "transfer pəncərəsi"nin son günündə Bakıya gətirməyi planlaşdırır. Oyunçuların özləri keçidə razılıq versələr də, onların klubları ilə danışıqlar hələ davam edir.

>

Məlumatı əməkdaşımızla söhbətində komandanın baş məşqçisi Ayxan Abbasov da təsdiqləyib.

XalqTV.com

Digər maraqlı xəbərlər  səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR