idman

Türkiyə Kubokunda daha iki yarımfinalçı məlum oldu

  • 08 Feb 2018
  • 262 baxış

Türkiyə kubokunda növbəti yarımfinalçılar müəyyənləşib.

XalqTV.com xəbər verir ki, 1/4 final mərhələsinin cavab oyunları çərçivəsində iki qarşılaşma baş tutub.

"Kayserispor"un qonağı olan "Akhisar" oyundan 2:2 hesablı bərabərliklə ayrılıb. İlk matçda 3:2 hesablı qələbə qazanmış komanda adını yarımfinala yazdırıb.

Növbəti oyunda "Fənərbağça" meydana çıxıb. İstanbul təmsilçisi səfərdə 2:1 hesabı ilə qalib gəldiyi aşağı dəstə təmsilçisi "Girəsunspor"u qəbul edib. Bu matçda da eyni hesaba sevinən "sarı-bülbüllər" finalın bir addımlığına yüksəlib.

>

Qeyd edək ki, Türkiyə Kubokunda son yarımfinalçı bu gün "Qalatasaray" - "Konyaspor" (ilk oyun - 2:2) matçından sonra məlum olacaq. (publika.az)

XalqTV.com

Digər maraqlı xəbərlər  səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR