idman

Mahrezin üsyanı davam edir

  • 07 Feb 2018
  • 255 baxış

"Lester Siti"nin yarımmüdafiəçisi Riyad Mahrez bu həftənin sonuna qədər komandanın məşqinə çıxmayacaq.

XalqTV.com goal.az-a istinadən xəbər verir ki, əlcəzairli havbekin fevralın 10-da "Mançester Siti"yə qarşı oyunda meydana çıxması da sual altındadır.

Mahrez qış transfer pəncərəsində "şəhərlilər"in heyətinə qoşulmaq istəyirdi. O, "Lester"ə bu barədə sorğu göndərsə də, klub transfer təklifini qəbul etməmişdi. Həmin vaxtdan futbolçu məşqlərə gəlmir. 26 yaşlı yarımmüdafiəçinin komanda yoldaşları onu aralarına qəbul etməyə hazır olduqlarını bildirib.

>

XalqTV.com

Digər maraqlı xəbərlər  səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR