idman

\"Çelsi\" üçün tarix təkrarlandı

  • 06 Feb 2018
  • 278 baxış

İngiltərə Premyer Liqasının 26-cı turuna "Uatford" - "Çelsi" oyunu ilə yekun vurulub. İlk hissədə Bakayokonun qırmızı vərəqə alması ilə 10 nəfərlə qalan "zadəganlar" sonra 1:4 hesabıyla uduzub. Bundan öncəki turda Antonio Kontenin yetirmələri evdə "Börnli" klubuna da 3 top fərqi ilə məğlub olmuşdu - 0:3.

XalqTV.com goal.az-a istinadən xəbər verir ki, "Çelsi" 1995-ci ildən sonra ilk dəfə Premyer Liqanın ardıcıl 2 oyununda böyükhesablı yenilgi ilə üzləşib. 23 il öncə londonlular "Man,ester Yunayted" (1:4) və "Bləkbörn"ə (0:3) məğlub olmuşdu.

Qeyd edək ki, bu oyuna qədər "Uatford"un "Çelsi" üzərində qazandığı son qələbə (1:0) 1999-cu ilə təsadüf etmişdi. Həmin vaxtdan sonra bütün turnirlər daxil olmaqla 13 dəfə qarşılaşan komandaların duelində "Çelsi" 10 qələbə qazanmış, 3 oyun isə heç-heçə başa çatmışdı.

>

XalqTV.com

Digər maraqlı xəbərlər  səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR