idman

\"Zirə\"nin yeni transferi sabah Bakıya gələcək

  • 05 Feb 2018
  • 274 baxış

"Zirə" klubu Trinidad və Taboqo millisinin futbolçusu Comal Uliyamsla müqavilə bağlayacaq.

XalqTV.com xəbər verir ki, bu barədə report-a qəsəbə təmsilçisinin baş məşqçisi Ayxan Abbasov məlumat verib. O bildirib ki, 24 yaşlı cinah hücumçusu fevralın 6-da Bakıya gələrək tibbi müayinədən keçəcək. Problem çıxmayacağı təqdirdə, vingerlə həmin gün axşam və ya ertəsi sözləşmə imzalanacaq. Uilyamsın son klubu 2016-cı ildən çıxış etdiyi Meksika "Mursielaqos"u olub. 
Baş məşqçinin sözlərinə görə, yaxın günlərdə "Zirə"yə daha bir əcnəbi futbolçunun qoşulacağı gözlənilir.

Qeyd edək ki, Türkiyənin Antalya bölgəsindəki təlim-məşq toplanışını başa vuran "Zirə" bu gün Bakıya dönüb. Qəsəbə təmsilçisi fevralın 6-da məşqlərə start verəcək. Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv fevralın 10-da Azərbaycan Premyer Liqasının XV turu çərçivəsində "Sumqayıt"ı qəbul edəcək.

>

XalqTV.com

Digər maraqlı xəbərlər  səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR