idman

7 yaşlı şahmatçımız birinci oldu - FOTO

  • 04 Feb 2018
  • 261 baxış

Azərbaycanın 7 yaşlı şahmatçısı Azadəliyev Cahandar Seyhun oğlu 2018-ci ilin 25 yanvar-4 fevral tarixlərində Rusiyanın Moskva şəhərində 9 yaşlı uşaqlar arasında keçirilən "Moscow open " beynəlxalq turnirinin qalibi olub.

XalqTV.com musavat.com-a istinadən xəbər verir ki, 7 yaşlı şahmatçımız 210 nəfər idmançının qatıldığı yarışda 9 oyundan 8 xalla tam üstünlük nümayiş etdirib (9 oyundan 7 qələbə, 2 heç-heçə). 

Qeyd edək ki, yarışa müxtəlif ölkələrin ən güclü 9 yaşlı şahmatçıları qatılmışdılar.

XalqTV.com

>

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR