idman

\"Qəbələ\"nin Antalyada son sınağı

  • 03 Feb 2018
  • 265 baxış

Antalyada təlim-məşq toplanışını davam etdirən "Qəbələ" bu gün hazırlıq çərçivəsində son oyununu keçirəcək.

XalqTV.com komanda.az-a istinadən xəbər verir ki, Roman Qriqorçukun yetirmələri Makedoniyanın "Şkendiya" klubuyla qarşılaşacaq.

"Qəbələ" Antalya toplanışı çərçivəsində Türkiyənin "Akhisar Bələdiyyəspor" (1:1), İsveçrənin "Sürix" (0:1), Makedoniyanın "Rabotniçki" (2:1), Rusiyanın "Arsenal" (3:3) və Çexiyanın "Bohemians" (1:3) klubları ilə üz-üzə gəlib.

"Qəbələ" - "Şkendiya" qarşılaşması "Qloria" otelinin meydançasında baş tutacaq. Yoxlama oyunu Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Yoxlama oyunu

>

3 fevral

18:00 Qəbələ (Azərbaycan) - Şkendiya (Makedoniya) 
Antalya, "Qloria" otelinin meydançası

XalqTV.com

Digər maraqlı xəbərlər  XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR