idman
Kompani: \"Zədələrlə 14 yaşımdan mübarizə aparıram\"
"Mançester Siti" və Belçika millisinin müdafiəçisi Vensan Kompani karyerası ərzində tez-tez zədələrdən əziyyət çəkməsinə toxunub.
XalqTV.com goal.az-a istinadən xəbər verir ki, təcrübəli futbolçu bunları deyib:
"Futbolu sevirəm və bu səviyyəyə çatmaq üçün çox qurbanlar vermişəm. Bir neçə titul qazanmaq üçün yenə bu zədələrdən keçməli olsam, razılaşaram. Zədələr məni narahat etsə də, 14 yaşımdan onlarla mübarizə aparıram. Həmin vaxt meniksdən əməliyyat olunmuşdum və karyeram təhlükə altında idi. Təəssüf ki, heç vaxt ciddi zədələnməyən futbolçuların sırasına düşməyəcəm. Yoxsa, hər şey başqa cür olardı".
>31 yaşlı Kompani bu mövsüm Premyer Liqada 9 oyuna çıxıb.
XalqTV.com
Digər maraqlı xəbərlər səhifəsində
RƏYLƏR