idman
\"Qarabağ\"ın sabiq futbolçusu MLS klubunda
"Qarabağ"ın sabiq hücumçusu Samuel Armenterosun yeni klubu bəlli olub.
XalqTV.com goal.az-a istinadən xəbər verir ki, Hollandiyanın "Utrext" klubuna keçidi baş tutmayan isveçli hücumçu karyerasını ABŞ-da davam etdirəcək. İtaliya A seriyasında autsayder "Benevento"da çıxış edən forvard MLS-də çıxış edən "Portlend Timbers" klubuna icarəyə verilib. 27 yaşlı forvard mövsümün sonuna kimi okeanın o tayında top qovacaq.
Xatırladaq ki, Armenteros 2015/16 mövsümündə "Qarabağ"ın şərəfini qoruyub. O, Ağdam təmsilçisinin heyətində meydana çıxdığı 32 oyunda 11 qola imza atmışdı.
>XalqTV.com
Digər maraqlı xəbərlər səhifəsində
RƏYLƏR