idman

Futbolçunu vuran hakimin cəzası açıqlandı

  • 02 Feb 2018
  • 245 baxış

Fransalı hakim Toni Şapronun cəzası müəyyənləşib.

XalqTV.com goal.az-a istinadən xəbər verir ki, Liqa 1-in XX turunda keçirilən "Nant" - PSJ matçında meydan sahiblərinin futbolçusu Dieqo Karlosu təpiklə vuran referi 3 ay təyinat almayacaq.

Qeyd edək ki, PSJ-nin 1:0 hesabı ilə qalib gəldiyi qarşılaşmanın 90-cı dəqiqəsində "Nant"ın futbolçusu Dieqo Karlosa ilişərək yerə yıxılan referi arxadan onu təpiklə vurub. Daha sonra ayağa qalxan Şapron oyunçunu ikinci sarı vərəqə ilə meydandan qovub.

>

XalqTV.com

Digər maraqlı xəbərlər  səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR