Fidel Kastronun oğlu intihar etdi - FOTO
Kubanın mərhum lideri, əfsanəvi "Komandante" Fidel Kastronun böyük oğlu, elmlər doktoru Fidelo Anhel Kastro Dias-Balart dünən intihar edib.
XalqTV.com Prensa Latinazya istinadən bildirir ki, 68 yaşlı Anhel Kastro 5 aydan bəri ağır depressiyadan müalicə olunurdu. Əvvəllər o, hospitalda müalicə alıb, sonra isə müalicə kursu ambulator olaraq davam edib.
Kuba Dövlət Şurasında elmi məsələlər üzrə müşavir olan Anhel Kastro innovasiyalarla məşğul olurdu. O, Kuba Elmlər Akademiyasının vitse-prezidenti idi.
Atası Fidel Kastroya çox bənzədiyi üçün "Fidelito" adlandırılan Anhel Kastro beynəlxalq elmi dairələrdə nüfuzlu və istedadlı alim kimi tanınırdı.
Anhel Kastro intihardan əvvəl yazı qoyub. Həmin yazının məzmunu açıqlanmır. Dəfn mərasimi ailənin qərarı əsasında təşkil olunacaq.
/>
Moskva Dövlət Universitetini nüvə fizikası ixtisası ilə başa vurmuş Anhel Kastro 1974-1978-ci illərdə Dubna şəhərindəki Nüvə Energetikası İnstitutunuda aspirant olub. Namizədlik dissertasiyasını müdafiə edəndən sonra o, 1978-1979-cu illərdə Novovoronejskaya atom-elektrik stansiyasında elmi tədqiqatlar aparmışdı.
>1949-cu ilin sentyabrın 1-də Havanada anadan olmuş Anhel Kastro "Komandante" Fidelo Kastronun Mirta Dias-Balartla izdivacında doğulub.
O, iki dəvə evli olub. İlk nikahı rus qadınla olan Anhel Kastro sonradan kubalı qadınla evlənib.
1980-1992-ci illərdə Kubanın Nüvə Energetikası Agentliyinə başçılıq etmiş Anhel Kakstro ölkədə "Huraqua" atom-elektrik stansiyasının inşaatının rəhbəri olub. AES-in tikintisi 1992-ci ildə dayandırılıb.
Anhel Kastro nüvə fizikası üzrə 150 elmi məqalənin və 11 kitabın müəllifidir.
XalqTV.com
Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində
XalqTV.com-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin