\"Formula 1\"-də qız qadağası
Bu mövsümdən etibarən "Formula-1" yarışlarında qızların startda avtotrekə çıxmasına son qoyulacaq.
XalqTV.com publika.az-a istinadən xəbər verir ki, dəyişiklik Qran-Pri ərzində keçirilən bütün yarışlarda tətbiq ediləcək.
Formula-1 Kommersiya Əməliyyatları üzrə icraçı direktoru Şon Bretçis bildirib ki, gözəl qızlar yarışın promouterləri və tərəfdaşlarına öz ölkələrini və məhsullarını nümayiş etdirməyə mane olur. Bu ənənə həm də dəyərlərə və dövrün normalarına uyğun deyil.
Qeyd edək ki, Formula-1 yarışları martın 25-də Melburn Qran-Prisi ilə start götürəcək. Azərbaycan Qran-Prisi isə aprelin 27-29-da Bakıda keçiriləcək.
>XalqTV.com
Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində
XalqTV.com-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin