Hadisə

Bakıda sürücü yol polisinin üstünə silah çəkdi

  • 01 Feb 2018
  • 1932 baxış

Bakıda yol polisinə tabe olmayan sürücü silaha əl atıb.

Xalqtv.com report-a istinadən xəbər verir ki, paytaxtın Nərimanov rayonu ərazisində yol hərəkəti qaydalarını pozduğuna görə "Volkswagen" markalı, "90 UU 793" dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü 1983-cü il təvəllüdlü Təyyar Əliyevin maşını saxlanılıb.

T.Əliyev yol polisi serjantı Orxan Həsənova tabe olmayaraq, avtomobilində olan pnevmatik tapança ilə ona hədə qorxu-gəlib və buraxılmasını tələb edib.

Polis serjantı kömək üçün hadisə yerinə digər polis əməkdaşlarını çağırıb. Bunu görən T.Əliyev avtomobilində olan qadın sərnişinlə birlikdə insident baş verən yerdən qaçıb

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR