İqtisadiyyat
ABŞ-da dollarla bağlı VACİB QƏRAR qəbul edilib
ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) Açıq Bazar Əməliyyatları üzrə Komitəsinin (FOMC) iclası yekunlaşıb.
XalqTV.com APA-ya istinadən xəbər verir ki, FED uçot dərəcəsini 1,25-1,5% səviyyəsində saxlayıb.
Qeyd edək ki, sonuncu dəfə FED dekabrın 13-də uçot dərəcəsini 0,75-1%-dən 1-1,25%- dək artırıb.
>Federal Ehtiyatlar Sistemi uçot dərəcəsinin tədricən artırılması siyasətinə 2015-ci ilin dekabrından başlayıb. Bundan əvvəl sonuncu dəfə uçot dərəcəsi 2006-ci ilin iyununda artırılıb. 2007-2008-ci illərdə FED tədricən uçot dərəcəsini minimal (0-0,25%) həddədək aşağı salıb.
Qeyd edək ki, uçot dərəcəsinin artırılması dolların məzənnəsinin möhkəmlənməsinə birbaşa təsir edir.
XalqTV.com
RƏYLƏR